Çin ordusu Tayvan yaxınlığındakı hədəflərə zərbələr endirdi

  • By admin
  • 04 Avqust 2022 11:33

Çin silahlı qüvvələri təlimlər zamanı Tayvan boğazının şərq hissəsində yerləşən hədəflərə uzaq məsafədən atəş açıb və zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq Bölgəsinin bəyanatında deyilir.

Məlumata görə, təlimdən gözlənilən nəticələr əldə edilib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda avqustun 4-də Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı altı bölgədə irimiqyaslı hərbi təlimə başlayıb. Təlimlər avqustun 7-dək davam edəcək.

Tayvan Milli Müdafiə Nazirliyi Amerika nümayəndə heyətinin adaya səfərindən sonra Çinin təlimlərinə cavab verəcəyini vəd edib.

Bundan əvvəl “China Times” agentliyi Çinin iki təyyarədaşıyan gəmisinin – “Liaoning” və “Şandunq”un dənizə çıxdığını bildirmişdi. ABŞ Hərbi Dəniz Qüvvələri də öz növbəsində “Ronald Reagan” təyyarədaşıyan gəmisini, “Tripoli” və “Amerika” desant gəmilərini Tayvana göndərib.

Gununsesi.info