Çin sahillərində toqquşan tanker partlaya bilər

  • By admin
  • 08 Yanvar 2018 22:51


Çinin şərq sahillərində Honkonqun CF CRİSTAL yük gəmisi ilə toqquşan SANCHİ adlı neft tankeri partlayış təhlükəsi ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, gəminin toqquşmadan sonra sızıntı buraxdığı və partlayış riski yarandığı bildirilib. Gəminin partlayışdan sonra batma riski də yarandığı bildirilib.

Qeyd edək ki, yanvarın 7-də Panama bayrağı altında İrandan Cənubi Koreyaya gedən SANCHİ adlı neft tankeri Çinin şərq sahillərində Honkonqun CF CRİSTAL yük gəmisi ilə toqquşub. Toqquşma nəticəsində tankerin ekipajının 32 üzvü itkin düşüb. Həmçinin, tankerdə yanğın da başlayıb.

İtkin düşənlərdən 30 nəfəri İran vətəndaşı, 2 nəfəri isə Banqladeş vətəndaşı olub.

Gununsesi.info