Çində sutka ərzində yeni növ koronavirusa 78 nəfər yoluxub

  • By admin
  • 24 Mart 2020 11:14

Çində yeni koronavirusun qurbanlarının sayı son sutka ərzində yeddi nəfər, yoluxanların sayı isə 78 nəfər artıb. 456 nəfər sağalıb.

Gununsesi.org bildirir ki, Trend-in məlumatına görə, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 82 mini keçib. Onlardan 3277 nəfər ölüb, 73 min nəfərdən çoxu isə sağalıb.

Gununsesi.org