Çində tunel çökdü, 4 nəfər dağıntılar altında can verdi

  • By admin
  • 27 Noyabr 2019 13:04

Çinin cənub-qərbində tikilməkdə olan avtomobil tunelinin çökməsi nəticəsində ən azı dörd nəfər həlak olub, daha səkkiz nəfər dağıntılar altında qalıb.

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, hadisə Linzan şəhəri yaxınlığındakı ekspress yolunda yerləşən tunelin çıxışında baş verib.

Hadisə yerində xilasedicilər işləyir. Araşdırma aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.

Gununsesi.org