Çində yeni koronavirusa yoluxma halı azalır

  • Müəllif: admin
  • 02 Mart 2020 21:11

Çində koronavirusa yeni yoluxma halı azalıb.

Gununsesiaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, Çində Covid-19-a yoluxma halı azlasa da, digər ölkərdə isə Çinlə müqayisədə son 1 sutka ərzində xəstəliyə tutulanların sayı 9 dəfə artıb.

Hazırda 61 ölkədə 8739 nəfər virusa yoluxub. 127 nəfər isə dünyasını dəyişib.

Çində isə martın 1-də 206 yoluxma halı qeydə alınıb. Bu isə 22 yanvar tarixindən etibarən ən az yoluxma sayıdır.

 

 

Gununsesiaz.info