Çində zavodda güclü yanğın: ölənlər var

  • By admin
  • 14 Mart 2022 09:07

Çinin Daxili Monqolustan muxtar rayonunda zavodda yanğın baş verib.

Gununsesi.info “Sinxua”ya istinadla xəbər verir ki, yanğın Baotou şəhərində təxminən saat 22:08-də başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər bir saata yanğını lokkaşdıra biliblər.

Təxminən saat 02:40-da yanğın tamamilə söndürülüb. Yanğın yerinə keçirilən baxış zamanı 7 nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbinin müəyyən edilməsi üzrə araşdırma aparılır.

Gununsesi.info