Çindən ABŞ-a: - Tayvanla əlaqələri kəsin

  • Müəllif: admin
  • 14 İyun 2018 17:32

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ deyib.Pekin Vaşinqtonun Tayvanla bağlı siyasətindən narahatdır.

“Danışıqlar zamanı mən Çinin Tayvanla bağlı prinsipial mövqeyini bir daha dilə gətirdim. Pompeoya ABŞ-ın Tayvanla bağlı fəaliyyətlərindən dərin narahatlıq keçirdiyimizi bildirdim. ABŞ vahid Çin prinsipinə hörmət etməli və Tayvanla əlaqələrini dayandırmalıdır”, – deyə o bildirib.