Çingiz Qənizadə AZAL-ı “top”a tutdu: “360 dollardan ötrü dilənçilik edirlər”

  • By admin
  • 14 Oktyabr 2016 12:43

cingiz

Millət vəkili Çingiz Qənizadə AZAL-la bağlı bu günlərdə yaşadığı biabırçı olayı parlamentdə səsləndirib.

Gununsesi.info xəbər verir ki, deputat bu günlərdə bir günlük İstanbula səfər edib: “ Qayıdan zaman biznes klassda ön sırada oturmaq istədim. Gediş bileti də əvvəlcədən alınmışdı. Biznes-klassda 20 yerin cəmi 5 yeri dolu idi. 15 yer boş idi. Mənə dedilər ki, ön sırada əyləşmək üçün əlavə 30 dollar ödənilməlidir. Çıxış yerlərində əlavə yerlər üçün və geniş yerlərdə bu məbləğ sərnişinlərdən alınır.

Bu biabrıçılıqdır. Hətta mən xarici vətəndaş olsam bir də AZAL-la  uçmaram. Türkyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz də heç nə edə bilmərik, amma hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. 360 dollardan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım,  bu pul ödənilməli idi. Axı mən biznes-klass üçün əvvəlcədən bilet almışam. Necə yəni sonradan 30 dollar əlavə ödəməliyəm”.

Gununsesi.info