Qüdrət Həsənquliyev: “İndiki şəraitdə əlavə strukturların yaradılmasına ehtiyac yoxdur”

  • By admin
  • 14 Oktyabr 2016 12:38

qudret

Millət vəkili yeni strurkturların yaradılmasının əleyhinədir.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna qəyişiklik məsələsinin müzakirəsi zamanı deyib. Millət vəkili deyib ki, qanuna nəzərdə tutulan dəyişikliyə əsasən məlumat verən şəxsin gizliliyinin qorunması və müdafiəsi ilə bağlı məsələ ciddi problem yaradacaq: “Çünki Azərbaycan reallığında hənsısa şəxsin gizliliyinin qorunub saxlanması çətin məsələdir.

Belə ki, hər hansı dövlət qrumunda yaradılacaq sturuktura rəhbər oan yaxın adamaı təyin edəcək və o da məlumat veərn şəxs barəsində onu məlumatlandıracaq. Nəticədə korrupsiya haqqında məluamt verən şəxs əsassız olaraq incidiləcək. Ona görə də yaradılacaq qurumun elə də effekti olmayacaq. O baxımdan qanunda nəzərdə tutulan maddənin çıxarılmasını təklif edirəm”- deyə, millət vəkili vurğulayıb.

Millət vəkili onu da əlavə edib ki, idarələrdə yeni yaradılacaq strurkturlara ehtiyac olmadığını təkli edir: “İndiki şəraitdə idarələrdə əlavə strukturların yaradılmasına ehtiyac yoxdur. Dövlət büdcə xərclərini ixtisara salındığı bir vaxtda əlavə xərclərə ehtiyac yoxdur”.

Q.Həsənquliyev onu da əlavə edib ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə yoxlamaları birbaşa aparması barədə icazənin verilməsini təklif etdi: “Bu gün Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olan müraciətlər əvvəlcə Baş Prokurorluğa göndərilir və orada saf-çürük edildikdən sonra Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilir. Bu olmaz. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə onlara daxil olan müraciətləri birbaşa özləri araşdırmaq üçün səlahiyyət verilməlidir”.

Gununsesi.info