Sərbəst güləşçilər Qitələrarası Kubok uğrunda yarışacaq

  • By admin
  • 14 Oktyabr 2016 12:33

gules

Oktyabrın 14-16-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.

Gununsesi.info Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə,yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 15 güləşçimizin iştirakı planlaşdırılır.

Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (hamısı 65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Umar İsrailov (125 kq) mübarizə aparacaq.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edəcək.

Anar
Gununsesi.info