“Korrupsiyaya qarşı mübarizə İdarəsi Baş Prokurorluğun tərkibindən çıxarılsın” - DEPUTATDAN TƏKLİF

  • By admin
  • 14 Oktyabr 2016 12:31

ferec

 

 

Millət vəkili Fərəc Quliyev Korrupsiyaya qarşı mübarizə İdarəsinin  Baş Prokurorluğun tərkibindən çıxarılmasını təklif edib. 

Gununsesi. info xəbər verir ki, onun sözlərinə görə, bu qurum birbaşa prezidentə  tabe olmalıdır: “Çünki həmin prokurorluq orqanlarının özünündə də korrupsiya faktları var. Mübarizənin  şəffaflığını və o cümlədən həmin qurumun müstəqiliyyini təmin etmək üçün bu addımı atmaq lazımdır. Bu, ancaq səmərə verə bilər”.

Gununsesi. info