Çinin yeni avtobusu görənləri heyrətləndirdi -VİDEO

  • By admin
  • 04 Avqust 2016 09:24

Çinin Hebei əyalətində “ayaqlı avtobus” sınaq üçün istifadəyə verilib. Teleqraf.com xəbər verir ki, Transit Elevated Bus (TEB) adlanan avtobus avtomobillərin üzərindən keçib gedir və onların avtobusun alıtından hərəkət etməsinə imkan verir.

Elektriklə işlyən avtobus 300 sərnişini daşıya bilər. Onun uzunluğu 21 metr, eni isə 7,6 metrdir. May ayında avtobusun kiçik modeli təqdim olunanda böyük həyəcana səbəb olmuşdu.

Avtobus sınaq üçün Qinhaugdao şəhərində 300 metrlik nəzarət olunan yolda hərəkət edib. Onun saatda 60 km məsafəyədək gedəcəyi gözlənilir. Avtobus yolboyu çəkilmiş xüsusi relslərlə hərəkət edir.