Cinsi azlığı ölənə kimi döydülər - FOTO

  • By admin
  • 28 Mart 2021 19:53

Türkiyənin Aydın şəhərində qəribə olay baş verib.

Gununsesi.info Haber Global-a istinadən xəbər verir ki, eşitmə əngəlli olan cinsi azlıq hesab edilən adı açıqlanmayan şəxs bir qrup şəxsin hücumuna məruz qalaraq döyülüb.

Qrupun başçısı Fırat Kaya adlı şəxsdir və sosial mediada “Fırat Delikanlı” adı ilə tanınır.

Onlar adı açıqlanmayan cinsi azlığı qrup şəklində döyüblər, sonra isə, şəkillərini çəkərək sosial mediada paylaşıblar.

Döyülən gənci sonra avtomobilə mindirib avtovağzala aparıblar.Onu orada düşürdükdən sonra, ərazidən uzaqlaşıblar.

Şəxs haqqında şikayət edən adı açıqlanmayan gənc hadisəni danışıb: “Mənə mart ayının 22-si zəng etdi və hədiyyələr mağazasında iş təklif etdi.Mənə İzmit şəhərinə gəlməli olduğumu dedi.Məndə işsiz olduğum üçün qəbul etdim.Özüm Aydın şəhərində yaşayıram.Mən İzmitə gəldim.Özü gəlməmişdi iki nəfər adamını göndərmişdi.Onlarla tramvaya minib Fıratın yanına getdik.Mənə 5 il öncə paylaşdığım yarıçılpaq şəkillərimi göstərdi mən isə ona, sənə nə var, sən mənim qardaşımsan?… deyə cavab verdim.Sonra arxadan kimsə başıma vurdu və mən yerə yıxıldım.Məni hurşum itənədək döydülər.Sonra məni yenidən avtovağzalın yanına gətirib atdılar.Pulum olmadığı üçün geri qayıda bilməzdim.Oradakı mühafizəçilərdən kömək istədim.Təcili yardım çağırdılar və məni xəstəxanaya apardılar.Çox pis döyürdülər, bel kəməri ilə də, döydülər.O biri şəxslərin adını bilmirə amma, Fırat Kayadan şikayətçiyəm və həbs olunmasını istəyirəm.”

Məsələ ilə bağlı polis hərəkətə keçib və Fırat Kaya adlı şəxs axtarışa verilib.Araşdırma zamanı Fırat Kayanın sevgilisini də, döyərək xəstəxanalıq etdiyi üzə çıxıb.Bundan əlavə Fırat Kayanın polisdə, 30-dan çox saxlanılma sənədi üzə çıxıb.Onun, soyğunçuluq,qəsb, təcavüz, fırıldaqçılıq və şantaj kimi cinayət əməlləri törətdiyi bildirilib.

Gununsesi.info