Madridin “Vanda Metropolitan” stadionunda “Tottenhem” və “Liverpul” arasında keçirilən Çempionlar Liqası finalında maraqlı anlar yaşanıb.
Gununsesi.org xəbər verir ki, matçın gedişində yarıçılpaq olan xanım azarkeş meydana daxil olub.
Matç bir neçə dəqiqəlik dayanıb. Daha sonra təhlükəsizlik işçiləri onu meydandan çıxara bilib.
Kinsey Volanski adlı qadının model olduğu məlum olub. Meydana girənəcən instagramda 240 min izləyicisi vardı. İndi isə həmin rəqəm 500 minə çatır.
Qeyd edək ki, hazırda qarşılaşmada hesab 1:0 “Liverpul”un xeyrinədir.