
Gununsesi.info “Cumhurriyet”-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin baş naziri Binəli Yıldırımla görüşdən sonraq açıqlamasında deyib.
“Bu məsələdə Türk yetkililərlə birgə iş aparırıq. Mütəxəssislərimiz hazırda Türk həmkarları ilə birlikdə bu istiqamətdə çalışırlar. Dəlillər və bilgilər araşdırılır. Bu dəlillərin ABŞ məhkəməsinə təslim edilməsi lazımdır. Anlaşmaya görə, bu bilgilər təsdiqini taparsa, o zaman Güləni təhvil verə bilərik. Yoxsa, heç bir şəkildə hər hans bir insanı qorumaq, xüsusilə də, müttəfiqimizə zərər verən birisini müdafiə etmək niyyətimiz yoxdur”- deyə, C. Bayden bildirib.
Gununsesi.info









