Co Bayden: “Türklərin terrora necə sinə gəlməsinə heyranam”

  • By admin
  • 30 İyun 2016 08:19

bayden

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyənin İstanbul şəhərində törədilən terror aktına münasibət açıqlayib. ANS-in Vaşinqton bürosunun müxbiri Qənirə Ataşovanın sualını cavablandıran amerikalı rəsmi İŞİD ilə mübarizədə bütün dünya ölkələrini həmrəy olmağa çağırıb. Bu İstanbuldakı terror aktından sonra Amerikanin yüksək dairələrinin ilk müsahibəsidir.

“Türkiyə xalqı müntəzəm olaraq terrorçu qruplaşmaların, o cümlədən PKK və İŞİD-in qurbanına çevrilir. Təhlükəsizlik qüvvələri əsas strateji binaların qorunması ilə bağlı böyük işlər görür. Allaha şükür olsun ki, bu terminalın daxilində baş vermədi. Allah bilir nəqədər insan yaralana və ölə bilərdi. Mən prezident Ərdoğanı və cənab səfiri yaxından tanıyıram. Tam əminəm ki, birgə iradəylə bir dırnaqarası İraq və Suriya xilafətini yer üzündən siləcəyik”.

Vitse-prezident terror qruplaşmaların gizləndikləri sığınacaqların aşkar edilməsi vaxtın çatdığını bildirib. Birlikdə mübarizə apararaq sivil dünyada təhriki cihadçılarsız yaşamağın mümkünlüyündən danışan Bayden,  bunun üçün bir qədər zamanın gərəkdiyini qeyd edib: “Avropada, ABŞ-da, Afrikada, Şimali Afrikada baş verənlərin şahidi olmuşuq. Onlar yalnız bir şeyə nail olublar. Bütün dünyanı özlərinə qarşı birləşdiriblər. Biz onlardan üstün olacağıq. Türkiyə xalqı son dərəcə iradəli, qətiyyətli xalqdır. Onlara sadəcə heyrət edirəm. Onların terrora necə sinə gəlməsinə heyranam.  Türkiyə xalqı son dərəcə iradəli, qətiyyətlidir. Onların terrora necə sinə gəlməsinə heyranam”.