Co Hart Premyer Liqaya qayıtdı – rəsmi

  • Müəllif: admin
  • 18 İyul 2017 22:39

86473

 

İngiltərə millisinin qapıçısı Co Hartın “Vest Hem”ə keçidi rəsmiləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı qolkiper gələn mövsüm icarə əsasında London təmsilçisində çıxış edəcək.
Premyer Liqa klubu mövsümün sonunda Hartı transfer etmək hüququna da sahib olacaq.

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Co Hart son mövsümdə icarə əsasında “Torino”da çıxış edib.

Gununsesi.info