Cocuq Mərcanlıda qumbara və tank əleyhinə raket aşkarlanıb

  • By admin
  • 18 Noyabr 2017 08:40

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən noyabrın 17-də keçirilən əməliyyat barədə operativ məlumat yayıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi  nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatı zamanı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib.

Məlumata görə, nəticə etibarilə 12 500 kv.m (1.25 ha) ərazi tam təmizlənib, 6 000 kv.m (0.6 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Gununsesi.info