Daşqınlar 10 min evi su altında qoydu

  • By admin
  • 18 Noyabr 2017 08:35

Haitidə yağan güclü yağış və baş verən daşqın nəticəsində 10 min ev su altında qalıb.

Gununsesi.info xəbər verir ki, ölkənin cənub-qərbində ikisi azyaşlı olmaqla 5 nəfər təbii fəlakətin qurbanı olub.

Daşqınlar ən çox Haitinin sayca üçüncü ən böyük Le Ke şəhərinə ziyan vurub. Bölgədə bir neçə çay məcrasından çıxıb, bir çox avtomobil yolları bağlanıb.

Meteoroloqlar güclü yağışların həftənin sonunadək davam edəcəyini proqnozlaşdırıb.

Gununsesi.info