Moskvada silahlı insident - 6 NƏFƏR YARALANIB

  • Müəllif: admin
  • 18 Noyabr 2017 08:30

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısında silahlı insident baş verib.

Gununsesi.info xəbər verir ki, naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.

Bir neçə saat sonra isə baş verən hadisə əlaqədar 30 nəfər saxlanılıb:

“Silahlı insidentlə əlaqədar 30-a yaxın şəxs saxlanılıb. Hazırda onlardan ifadələr alınır”,- deyə mənbə qeyd edib. Onun sözlərinə görə, insidentin iştirakçıları və şahidlər müəyyənləşdirilir.

Olay nəticəsində 6 nəfər yaralanıb.

Gununsesi.info