Con Kerri: “Elə bizim də istədiyimiz budur”

  • By admin
  • 27 İyun 2016 14:06

turkiye-israil-640x360

 

İsraillə Türkiyə arasında razılıq əldə edildi. Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Türkiyənin baş naziri Binəli Yıldırım çıxış edib.

İsrail-Türkiyə münasibətlərinin normallaşması İsrail iqtisadiyyatı üçün böyük imkanlar açacaq. Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu ABŞ Dövlət katibi Con Kerri ilə görüşündən sonra səsləndirib. Türkiyə-İsrail münasibətlərinin normallaşmasını müsbət qarşılayan ABŞ Dövlət katibi C. Kerri deyib ki, biz münasibətlərin normallaşmasından çox məmnunuq. “Elə bizim də istədiyimiz budur”, – deyə C. Kerri vurğuladı. Qeyd edək ki, bu saatlarda Romada Türkiyənin baş naziri Binəli Yıldırım ilə İsrail baş naziri Binyamin Netanyahu arasında görüş keçirilir və görüşdən sonra iki ölkə arasında münsabitələrin normallaşmasının detalları açıqlanacaq.