
“Karib dənizinin quldurlari” filminin məşhur aktyoru Coni Depp özünün “Infinitum Nihil” şirkəti vasitəsilə “The Secret World” video oyunundakı seriala prodüserlik edəcək.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, tele-serialın süjet xəttində da cəsus komandasından, həmçinin güclü icmalar arasında gedən qarşıdurmadan bəhs olunacaq.
Filmin süjetində qədim miflər və əfsanələr müasirliklə sintez edilib.
Qeyd edək ki, bu nadir oyun Norveçin “Funcom” şirkəti tərəfindən 2012-ci ildə yaradılıb.
Gülnaz Qənbərli
Gununsesi.info












