“Qarabağ” – “Kopenhagen” qarşılaşmasının vaxtı və yeri dəqiqləşdi

  • Müəllif: admin
  • 16 Avqust 2017 11:28

qarabagloqo

UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.  

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşma 1: 0 hesabı ilə “Qarabağ” ın xeyrinə başa çatıb. Qolu 25-ci dəqiqədə Mahir Mədətov vurub.

Bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagen şəhərindəki Parken stadionunda keçiriləcək.

Anar

Gununsesi.info