Corat qəsəbəsinin bir hissəsində qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 12:25

Corat qəsəbəsinin bəzi ərazilərin də qaz qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 29-da aparılan qəza-bərpa işləri ilə əlaqədar Sumqayıt şəhəri Corat qəsəbəsində saat 12:30-dan etibarən 900 abonentin qaz təminatı dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

 

Gununsesi.info