Günəşdə yüksək aktivlik proqnozlaşdırılır: Yer üçün risklər mövcuddur

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 12:18

Bazar ertəsi, sentyabrın 29-da Günəşin aktivliyi yüksək olacaq və bu, Yer kürəsi üçün risklər yaradacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram” kanalında məlumat verilib.

“Sutkalıq proqnoz: geomaqnit şərait – zəif pozulmalar mümkündür, aktivlik – yüksək, artan, Yer üçün əhəmiyyətli risklər mövcuddur”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, son sutka ərzində geomaqnit şərait sakit olub, partlayış ehtimalı isə yüksək olub, Yer üçün məhdud risklər var.

Xatırladaq ki, sentyabrın 28-də Günəşdə son üç ayın ən böyük partlayışı baş verib.

 

Gununsesi.info