Corc Kluni övladlarına sevdiyi içkinin adını vermək istəyib - HƏYAT YOLDAŞI ETİRAZ EDİB

  • Müəllif: admin
  • 29 Mart 2017 21:21

Corc Kluni

Aktyor Corc Kluni verilişlərin birində maraqlı açıqlamalar verib. 

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, yayda xanımı Amal Klunidən əkiz uşaqları olacaq aktyor indidən övladlarına ad fikirləşdiyini bildirib:

“Bu, elə bir ad olmalıdır ki, seçilsin. Həm də mənası olsun. İstəyirdim ən çox sevdiyim içkinin adını övladlarıma verim. “Casamigos” adından Kasa və Amiqo adlarını oğullarıma seçsəm də, Amal razılaşmadı. Qeyd edim ki, ilk dəfədir xanımın mənimlə həmfikir deyil”.

Gununsesi.info