“Çox vacib və maraqlı oyuna hazırlaşırıq” -Qurbanov

  • By admin
  • 26 İyul 2022 21:39

“Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı oynayacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb”.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Sürix”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq “Sürix” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə “köhlən atlar” 3:2 hesablı qələbə qazanıb.

Gununsesi.info