Çox yaşamağın sirri - AMERİKANIN ƏN YAŞLI İNSANI AÇIQLADI

  • By admin
  • 09 İyul 2019 09:33

114 yaşını qeyd edən ABŞ-ın Şimali Karolina ştatının sakini Aleliya Mörfi (Alelia Murphy) uzun ömür sürməsinin sirrini açıqlayıb.

Gununsesi.org “NBC” portalına istinadən xəbər verir ki, qadın bunu Allaha inamda və aktiv həyat sürməkdə görüb.

“Cavanlıqdan aktiv olun və sağlam qida yeyin, yaşlandıqca da həmin qaydada davam edin – sirr bundadır”, – qadına qulluq edən Natalya Mlambizo deyib.

“Allaha inanın və ədəb-ərkanlı insan olun”, – Mörfi əlavə edib.

Qeyd edək ki, A. Mörfi 2019-cu ilin yanvarında ABŞ-ın ən uzunömürlü sakini adını qazanıb. Bu, Oyaqo ştatında yaşayan 114 yaşlı Lessi Braunun vəfatından sonra baş verib. Dünyanın ən yaşlı insanı isə Yaponiyanın Fukuoka şəhərində yaşayır. O, 116 yaşlı Kane Tanakadır.

Gununsesi.org