“CQD-nin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var” - Li Litzenberger

  • By admin
  • 04 Fevral 2022 19:07

Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolu var.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

“ABŞ Azərbaycanla iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir”, – ABŞ diplomatı bildirib.

Səfir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohştayn və ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci toplantısında iştirak edib.

 

 

Gununsesi.info