“Cüdo TV” fəaliyyətə başladı

  • By admin
  • 28 Sentyabr 2016 17:23

cudo

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası – “Cüdo TV” fəaliyyətə başlayıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər.

“Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.

Gununsesi.info