Cüdoçumuz “Rio-2016”da ilk qarşılaşmasında Olimpiya çempionunu məğlub etdi

  • By admin
  • 11 Avqust 2016 17:28

elmar

 

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə – avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub.

Gununsesi.info xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib.

Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırmışdı.

Gununsesi.info