“Dəfnimə gələn siyasətçiləri daşlayın”

Türkiyəli müğənni Yıldız Tilbe açıqlaması ilə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, o, öləndən sonra dəfninə siyasətçilərin buraxılmamasını istəyib.

“Mən öləndə dəfnimdə 1 dənə belə siyasətçi istəmirəm, gəlməsinlər. Dəfnimə gələrkən cibinizə dəmir qəpik böyüklüyündə daşlar qoyun. 1 siyasətçi gələrsə, daşlayın, getməzlərsə, mən Allahın izni ilə qalxaram, bəlkə bir neçəsini özümlə apararam. Heç birini istəmirəm”, – Tilbe tviterdə yazıb

Sosial şəbəkə izləyiciləri müğənninin sözlərindən təəccübləniblər, ona uzun ömür arzulayıblar.

Gununsesi.info