Dəhşətli cinayət - 12 YAŞLI QIZI ÖLDÜRÜB TARLADA BASDIRDI

  • By admin
  • 29 Dekabr 2017 22:45
Özbəkistanın Səmərqənd vilayəti Payırak rayonunun sakini olan qadın qısqanclıq zəminində qonşunun qızını qəddarlıqla öldürməkdə şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının ilkin versiyalarına görə qadın ərini qonşu qadına qısqanıb və qisas almaq üçün onun 12 yaşlı qızını öldürüb, cəsədini evin yaxınlığındakı tarlada basdırıb.
Belə ki, dekabrın 10-dan bəri itkin düşmüş 5-ci sinif şagirdi qızın cəsədi 15 gündən sonra tarlada tapılıb.
Yerli sakinin dediyinə görə öldürülən qızın anası on il əvvəl yaşadığı yerə ərə gəlib. Qızın atası beş il əvvəl ölüb. Ərinin ölümündən sonra o qaynanasının yanında yaşayıb, sonra ona ayrı ev alınıb və qızı ilə bir yerdə yaşayıb. Uşağın ölümünün dəqiq səbəbi hələ ki, məlum deyil. Amma adamlar deyir ki, qonşu qadın onu balta ilə vurub, sonra da qonşu tarlada basdırıb. Ölən qızın anasının qonşu kişi ilə sevgi münasibətlərində olmasından şübhələnirlər. Qadının da öz rəqibindən intiqam alması haqqında söz-söhbət dolaşır.
Cinayət işi qaldırılıb, istintaq aparılır, yerli qadın saxlanılıb.
Gununsesi.info