Dələduzlar məhkəmə zalından azadlığa buraxıldı

  • By admin
  • 12 Oktyabr 2016 11:47

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vasif Çərkəzov və Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən V. Çərkəzov və V. Məcidov barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq edilib, və onların cəzası şərti olaraq müəyyənləşdirilib.

Hər iki şəxs məhkəmə zalında azadlığa buraxılıb.

Gununsesi.info