Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

  • By admin
  • 02 Avqust 2016 16:57

hokm

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pur Elvin oğlu Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Əhmədli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, P.Əhmədli dələduzluqda təqsirli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham olunub.

 

Gununsesi.info