Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovnikinin işi TƏXİRƏ SALINDI

  • Müəllif: admin
  • 27 Fevral 2018 10:48

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu günə təyin edilən məhkəmə iclası təxirə salınıb.

Gununsesi.info APA-ya istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Vüqar Güləli xəstə olduğu üçün iclasa gələ bilmir.

Buna görə proses martın 9-na təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

Gununsesi.info