Dəmir yolları və nəqliyyat gücləndirilmiş iş rejimində işləyəcək

  • By admin
  • 06 Sentyabr 2016 14:51
demir
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı və Yeni dərs ili ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında   “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.  
Onun sözlərinə görə, hazırda departamentin kollektivi bu istiqamətdə ciddi hazırlıq işləri görür.
Onun sözlərinə görə, Qurban bayramı və yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” sentyabrın 9-dan 15-dək gücləndirilmiş iş rejimində çalışacaq.  “Biz artıq sərnişin axınının rahatlığını təmin etmək prosesinə tam hazır vəziyyətdəyik. Qurbayn bayramı və yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Artıq qoşulacaq vaqonlar hazır vəziyyətdədir. Sərnişin sıxlığına uyğun olaraq müvafiq sayda vaqonlar qataralara qoşulacaq”- deyə,  N.Əzməmmədov bildirib.
N. Əzməmmədov deyib ki, əsas sıxlıq respublikanın Qərb istiqamətində olduğundan vaqonlar da, bu istiqamətdə hərəkət edən qatarlara qoşulacaq. 
N.Əzməmmədov əlavə edib ki, “Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Bundan əlavə olaraq istənilən şəxs onlayn vasitəsi ilə də bilet siferişi edə bilər.
N.Əzməmmədov onu da əlavə etdi ki,  sentyabrın 13-dəə bayram başa çatdıqdan sonra, həmçinin yeni dərs ilinin başlanması ərəfəsinə düşdüyündən  vətəndaşların Bakya  qaydışının sıxlığını nəzərə alaraq onların Bakıya rahat dönüşünü təmin etmək üçün vaqonların sayı yenidən artırılacaq. reyslərin sayı artırılacaq”, – deyə Avtovağzaldan bildiriblər.
Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklərini bəayn ediblər. 
Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Gununsesi.info-ya açqlamasında deyib ki,  gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq. 
M. Abdullayev hesab edir ki, bayram günlərində sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və 10-11 sentyabr  tarixlərinədək davam edəcək: “Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassadan davam etdirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub”, – deyə növbə rəisi vurğulayıb.
Mürtəza 
Gununsesi.info