Dəmir yolu işçiləri peşə bayramını qeyd edib - FOTOLAR

  • By admin
  • 13 Oktyabr 2018 10:38

Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub. Gununsesi.org-un xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunub təntənəli yığıncaq keçirilib.
Dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.
“Azərbaycan Dəmir Yollan” QSC-nin sədri Cavid Qurbanov KİV nümayəndələrinin suallarını cavablandırıb.
“Azərbaycan Dəmir Yollan” QSC-də keçirilən tədbiri giriş sözü ilə açan sədr Cavid Qurbanov tədbir iştirakçılarını dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.
Sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub.

 

“Gununsesi”