“Dəniz Kuboku”nda ştirak edəcək hərbçilərimiz yola salındı – VİDEO

  • By admin
  • 17 Avqust 2021 11:21

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank Biatlonu” (Rusiya), “Artilleriya Atəşinin Ustaları” (Qazaxıstan), “Dəniz Kuboku” (İran) və “Mədəniyyət Ordusu” (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.

Gununsesi.info