Dəniz quldurları Rusiya gəmisinə hücum edib

  • By admin
  • 05 Yanvar 2019 10:57

Qvineya körfəzində Banin sahillərində dəniz quldurları Rusiyanın “MSC Mandy” gəmisinə hücum ediblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, quldurlar gəminin 24 nəfər sərnişinindən 6-sını oğurlayıblar. Qalan 18 nəfər isə xəsarət almadan xilas ola biliblər. Gəmidəki sərnişinlərin 18-i Rusiya, 1-i Ukrayna vətəndaşı olub. Onlar Panama bayrağı altında üzüblər.

Dəniz quldurlarının 7-9 nəfər olduğu və soyuq silah, avtomatlarla silahlandıqları məlumdur.