Dənizdə aşkar edilən kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşdi

  • Müəllif: admin
  • 08 Aprel 2017 13:22

xazar-xazar

Aprelin 6–da dənizdə aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 1 saylı neft qazçıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 1971–ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xəbəri Gununsesi.info-ya “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargahdan veriblər.

Həmçinin bildirilib ki, qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Gununsesi.info