Dənizdə batan xilas olundu

  • By admin
  • 01 İyul 2016 15:40

xilas

 

Gündüz saatlarında Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) internet saytına  istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 13:07-də başa çatıb.