
Dağıstanın Xasavyurt rayonunda kənd məscidinin imamı qətlə yetirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Öldürülən imamın adının Sayqidaxmed Maqomedov olduğu bildirilib. O, evinin qapısı qarşısında “Makarov” tipli tapança ilə güllələnib. 5 güllə yarası alan Maqomedov yerindəcə həlak olub.
Gununsesi.info











