
Dağıstanın Dərbənd və Süleyman-Stal rayonlarında silahlılarla qüc strukturları arasında atışma olub.
Gununsesi.info xəbər verir ki, atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı vəfat edib. İlkin ehtimala əsasən, onlardan 1-i Süleyman-Stal rayonunda gedən atışmalar nəticəsində, 3-ü isə Dərbənddəki atışmalarda həlak olub. Daha 4 təhlükəsizlik əməkdaşının isə yaralandığı bildirilir.
Mənbənin verdiyi məlumata görə, öldürülən silahlıların sayı 6-ya yaxındır.
Xüsusi əməliyyat davam etdirilir. (Aznews.az)