“Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏTməkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm”.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağda döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.
Gununsesi.info