
Azad Suriya Ordusu (ASO) Suriyanın Türkiyə sərhədindəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu
PYD (YPG)-nin nəzarətindəki daha 8 kəndi azad edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Anadolu” məlumat yayıb.
Qeyd olunur ki, ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.
Əməliyyatlarda ASO qüvvələri 7 terrorçunu sağ ələ keçirib. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.
Gununsesi.info












