Daha bir gənc qız özünü asdı

  • By admin
  • 19 İyun 2018 22:21

Daha bir gənc qız özünü asdı

Ağsu rayonunda intihar hadisəsi baş verib. 

“Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin 20 Yanvar küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Rayon sakini, 1998-ci il təvəllüdlü Şıxıyeva Ləman Mahir qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.