Türkiyədəki seçkilərlə bağlı səsvermə bu gecə başa çatacaq

  • By admin
  • 19 İyun 2018 22:22

Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə bu gün başa çatacaq.

Gununsesi.info Oxu.Az -a istinadən xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir.

Artıq 51 ölkədə səsvermə prosesi başa çatıb.

Qalan 9 ölkədə isə səsvermə bu gün yekunlaşacaq.

Qeyd edək ki, təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə səs verib.

Gömrük-keçid məntəqələrində səsvermə isə iyunun 23-dək davam edəcək.