İdmançımız yarışa uğurla start verdi - İkinci rəqibini də udan cüdocu Rüstəm Orucov növbəti mərhələyə yüksəldi (YENİLƏNİB)

  • By admin
  • 08 Avqust 2016 17:43

ram

 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub.

Gununsesi.info-nun məlumatına görə,  turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Qazaxıstan təmsilçisi Didar Hamza ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Rüstəm Orucov növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bir az öncə cüdoçumuz növbəti qələbəsini qazanıb. Tatami üzərinə çıxan Rüstəm Orucov 1/8 final mərhələsində Avstraliya idmançısı Jake Bensted üzərində ipponla qələbə qazanıb.

Təmsilçimiz dörddəbir finalda Miklos Unqvarı ilə ilqarşılaşacaq.

 

ram-1

 

Gununsesi.info