Daha bir MTN generalı həbs olunur -ÖZƏL

  • By admin
  • 04 İyul 2016 10:54

MTN

Eldar Mahmudovun “vurulması” ilə onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı cinayətkar dəstənin ifşası davam edəcək. Qeyd edək ki, MTN-nin 21 yüksək vəzifəli əməkdaşı hazırda həbsdədir və onlar bir sıra ağır cinayətlərdə ittiham olunur.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir MTN generalı həbs edilə  bilər. Bu, nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevdir. Eldar Mahmudovun “vurulmasından” sonra təqaüdə göndərilən generalın artıq istintaqa dəvət olunduğu bildirilir. Əlimusa Əliyevin istintaqa dəvət olunmasına səbəb isə vaxtilə nazirliyə işə qəbul prosesində rüşvət hallarıdır. Məlumatda bildirilir ki, MTN-də işə düzəlmək üçün rüşvət verən amma gözləmə mövqeyində olan bir neçə nəfər son olaylara görə, işə qəbul edilməyib. Pulları mənimsənilən həmin vətəndaşlar isə hüquq-mühafizə orqanlarına şikayət edib.

Bundan başqa rüşvət verib, yeni işə qəbul olunan şəxslərin də ifadələri alınıb.

Gununsesi.info gun ərzində Əlimusa Əliyevin mövqeyini işıqlandıracaq.